Bakıda sıxlıq olan yollar – SİYAHI

Bakıda sıxlıq olan yollar – SİYAHI

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT-ə verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
4. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
5. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
6. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Bakıxanov küçəsi İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
9. Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində;
10. Bül-Bül prospekti Sahil m/st-nın qarşısında;
11. Babək prospekti mərkəz istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində;
13. 20 Yanvar dairəsində;
14. Bakıxanov küçəsi Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Statistika dairəsi istiqamətində sıxlıq müşahidə olunur.