Bakıda zəncirvari yol qəzası olub, üç avtomobil toqquşub.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Novxanı-Sumqayıt avtomobil yolunun Binəqədi rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Volkswagen Passat”, “Toyota Prado” minik avtomobilləri və yük maşını toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsinə ciddi zinan dəyib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.
Hadisə anı digər avtomobildə olan kamera vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.












