Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən tıxacla bağlı açıqlama yayıb.
NOCOMMENT xəbər verir ki, Bakı-Sumqayıt şossesində – Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.













