Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT-ə verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
5. Binəqədi şosesi Azadlıq prospekti m/st istiqamətində;
6. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
8. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
12. Niyazi küçəsi Azneft dairəsi istiqamətində;
13. Babək prospekti mərkəz istiqamətində;
14. Qara Qarayev prospekti Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində;
15. 8 Noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
16. Sabunçu-Zabrat şosesi Koroğlu m/st istiqamətində, sıxlıq müşahidə olunur.










