Bank kartını oğurlayıb pul çəkdi – TUTULDU

Bank kartını oğurlayıb pul çəkdi – TUTULDU

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə iyulun 9-da H.Z.Tağıyev qəsəbə sakini M.Qarayevin içərisində 310 manatı və bank kartları olan pulqabısının oğurlanması, sonradan isə hesabından 598 manatının çıxarılması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT.az-a verilən məlumatda bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Q.Dadaşov müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.