Bu vəzifə Lətifə Kazımovaya həvalə edildi - FOTO

Bu vəzifə Lətifə Kazımovaya həvalə edildi - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur yenilənməsi çərçivəsində həyata keçirilən yeni təyinatlardan biri də Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi kafedrasına edilib.

NOCOMMENT.az xəbər verir ki, Universitetin Elmi Şurasının qərarına əsasən, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Lətifə Kazımova sözügedən kafedranın müdiri təyin olunub.

Lətifə Kazımova Bakı Dövlət Universitetində Azərbaycanın fiziki coğrafiyası və ətraf mühitin mühafizəsi üzrə bakalavr və magistratura təhsili alıb. O, 2010-cu ildən ADNSU-da laboratoriya müdiri, assistent və dosent kimi fəaliyyət göstərib.

Hazırda Geoekologiya ixtisası üzrə elmlər doktoru proqramının dissertantı olan Lətifə Kazımova ətraf mühitin mühafizəsi, geoekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi istiqamətlərində elmi-tədqiqat və tədris fəaliyyəti ilə məşğuldur. O, həmçinin SƏTƏM üzrə IOSH sertifikatına malikdir.

ADNSU-da aparılan struktur islahatlarının universitetdə çevik idarəetmə modelinin formalaşdırılmasına xidmət etdiyi bildirilir.

Turan
NOCOMMENT.az

ADNSU-da kafedraların sayı azaldıldı, yeni təyinatlar (FOTO)