Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişiklikləri çərçivəsində yeni rəhbər təyinatı həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, Universitetin Elmi Şurasının qərarı ilə kimya elmləri doktoru, professor Hüseyn Qurbanov Kimya texnologiyaları fakültəsinin Kimya kafedrasının müdiri təyin olunub.
Hüseyn Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya və biologiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Onun 20 ildən artıq elmi-tədqiqat və pedaqoji fəaliyyət təcrübəsi var.
Alim AMEA-nın Kimya Problemləri İnstitutunda elmi və böyük elmi işçi kimi çalışıb. 2009-cu ildən ADNSU-da fəaliyyət göstərən Hüseyn Qurbanov 2021–2026-cı illərdə Neftin, qazın nəqli və saxlanması kafedrasına rəhbərlik edib.
O, 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru, 2015-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini, 2023-cü ildə isə professor elmi adını alıb.
Qeyd edək ki, ADNSU-da həyata keçirilən struktur yenilənməsi universitetdə tədris və elmi-tədqiqat fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir.
Turan
NOCOMMENT.az













