Mayın 2-də Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınacaq.
NOCOMMENT xəbər verir ki, bu barədə teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Ağasəid Yaqubov məlumat verib.
Onun sözlərinə görə, mayın 1-də sonuncu oruc tutulacaq: “Bayram namazı mayın 2-də səhər saat 08:00-da Göy məsciddə, 09:00-da isə Təzə Pir, Heydər və Bibiheybət məsçidlərində qılınacaq”.
Qeyd edək ki, Azərbaycanda mayın 2-də və 3-də bayram günləridir.











