İctimai fəal Bəxtiyar Hacıyevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
NOCOMMENT xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc sosial şəbəkə hesabında məlumat yayıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, onun həbsədn azad olunması barədə verilən şikayət təmin olunmayıb.
Xatırladaq ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.











