Beyləqanda kütləvi ZƏHƏRLƏNMƏ: Araşdırma aparılır

Beyləqanda kütləvi ZƏHƏRLƏNMƏ: Araşdırma aparılır

Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.

NOCOMMENT xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

TƏBİB-dən report-a bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.