“British Council”da yeni direktor TƏYİNATI

“British Council”da yeni direktor TƏYİNATI

“British Council” Nərgiz Hacıyevanı Azərbaycanda ölkə üzrə direktor vəzifəsinə təyin edib.

Bu barədə NOCOMMENT-ə qurumdan məlumat verilib.

Qeyd olunub ki, N.Hacıyeva mayın 16-dan vəzifəsinin icrasına başlaylb.

Xatırladaq ki, Nərgiz Hacıyeva 2014-cü ildən “British Council”da çalışır. O, “British Council”ın Azərbaycandakı komandanı idarə etmək üçün təyin etdiyi ilk azərbaycanlı ölkə direktorudur.

“”British Council” Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır.

Biz incəsənət və mədəniyyət, təhsil və ingilis dilindən istifadə edərək Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaradırıq.

Biz 2019-2020-ci illərdə 75 milyondan çox insana üz-üzə və ümumilikdə 758 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Birləşmiş Krallıq hökumətindən 14.5% əsas maliyyələşdirmə qrantı alırıq”,- xəbərdə deyilir..