“Təbii ki, Dənizkənarı Bulvar ərazisinə girişin hansısa formada məhdudlaşdırılmasından söhbət getmir”.
Bu barədə NOCOMMENT.az -a Dənizkənarı Bulvar İdarəsindən bildirilib.
Məlumatda qeyd edilib ki, Dövlət Kukla Teatrının arxasında yerləşən xüsusi ayrılmış ərazidə Yeni il yarmarkası təşkil edilib və yarmarka hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərir.
“Növbəti günə hazırlıq, təmizlik və texniki işlərin görülməsi, ərazinin mühafizəsinin təşkili üçün yarmarkanın fəaliyyətinin dayandırılmasına bir neçə dəqiqə qalmış yarmarkaya yeni ziyarətçilərin buraxılması dayandırılır və bu barədə əvvəlcədən səsli elanlar vasitəli məlumat verilir”, – deyə vurğulanıb.
***
Yeni il günlərində Bakı Bulvar İdarəsinin müəyyən saatlarda sakinləri Dənizkənarı Milli Park ərazisinə buraxmaması narazılıq yaradıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Paylaşılan görüntülərə görə, nəzarətçilər insanların keçidinə məhdudiyyət qoyub. “Yolka” ilə şəkil çəkdirmək istəyən sakinlər həmin əraziyə giriş saatına 20 dəqiqə vaxt qalmasına baxmayaraq, buraxılmayıblar. Bu da sakinlər və videonu izləyən izləyicilər tərəfindən narazılıqla qarşılanıb.
Videonu təqdim edirik:












