Xəbər verdiyimiz kimi, Türkiyədə Azərbaycana məxsus 10 EE 111 nömrə nişanlı avtomobilə yazılmalı olan cərimə səhvən eyni nömrə nişanlı traktoru idarə edən Emine Tüzünə yazılıb.
Mediada sözügedən hadisə ilə bağlı məlumat yayıldıqdan sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Nəticədə məlum olub ki, cərimələnməli olan nəqliyyat vasitəsi 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı avtomobildir.
Həm avtomobilin, həm də traktorun nömrə nişanı eyni olduğundan cərimə səhvən qadına kəsilib. Daha sonra həmin cərimə ləğv olunub.
Yol hərəkəti qaydalarını pozan şəxsin Binəqədi rayon sakini Eldəniz Həsənov olduğu, əvvəllər 10 EE 111 dövlət nömrə nişanının “Range Rover” markalı avtomobildə olduğu, hazırda isə “BMW” markalı avtomobildə istifadə edildiyi bəlli olub.
NOCOMMENT xəbər verir ki, qafqazinfo sözügedən avtomobilin sahibi Eldəniz Həsənovla əlaqə saxlayıb.
O, açıqlamasında problemin kameranın cəriməni yanlış şəxsə göndərməsindən qaynaqlandığını bildirib: “Mən Türkiyədə həmişə Azərbaycan nömrəsi ilə avtomobil idarə etmişəm. Sadəcə məlumatı şişirdiblər. Mənə cərimə gələndə heç vaxt saxlamıram, ödəyirəm. Çünki maşını belə sürməyə icazə vermirlər.
















