Daha bir ağır qəza: İki qardaş öldü

Daha bir ağır qəza: İki qardaş öldü

Salyan rayonunda baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı minik və “KamAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində minik maşınında olan Cəlilabad rayonunun Alar kənd sakinləri – Asif və Vasif Məmmədov qardaşları ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.