Dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb

Dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb

Azərbaycanda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadə bəraət alıb.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayevlə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümümilikdə 191 950 manat pulunu ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili Ceyhun Yusifov apellyasiya şikayəti verib. O, həmin şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.