DİN itə işgəncə verilməsinə münasibət bildirib

DİN itə işgəncə verilməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov report-un sorğusuna cavab olaraq bildirib ki, nazirlik görüntülərdən məlumatlıdır.

O deyib ki, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, gənc oğlanın itə işgəncə verməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.