DİN Manaf Ağayevlə bağlı araşdırma BAŞLATDI

DİN Manaf Ağayevlə bağlı araşdırma BAŞLATDI

Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb.

NOCOMMENT.az -ın məlumatına görə DİN-nin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib.

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb”, – DİN rəsmisi vurğulayıb.

Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Manaf Ağayevin saxlanılması barədə məlumatlar yayılıb.