DİQQƏT! Sabah bu ərazilərdə su kəsiləcək

DİQQƏT! Sabah bu ərazilərdə su kəsiləcək

Sabah Bakının Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Azərsu ASC-dən NOCOMMENT.az-a verilən məlumata görə, bunun səbəbi yay mövsümünə hazırlıq məqsədilə profilaktik işlərin aparılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.