Azərbaycan Respublikası Dövlət Neft Fondunda yeni təyinat baş tutub.
NOCOMMENT xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi vəzifəsinə Ayan Ağalar təyin olunub. Bu barədə Ayan xanım özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Ayan Ağalar daha əvvəl AFFA və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində çalışıb. O, sonuncu qurumda mətbuat katibi işləyib.












