Emin Əmrullayev: Təhsilimizin ciddi problemləri var

Emin Əmrullayev: Təhsilimizin ciddi problemləri var

“Təhsilimizin daha ciddi problemləri var. Gəlin, pəncərədən qaçan uşaqları yox, bu problemləri müzakirə edək”.

NOCOMMENT xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, müəllimlərin maaşı məktəbdə müəllim sıxlığından da asılıdır.

“Müəllimlər Bakıdakı məktəblərdə çalışmaq istəyirlər. Amma buradakı məktəblərdə müəllim sıxlığını nəzərə almaq lazımdır”, – deyə o bildirib.