Əmisi oğlunun qətlə yetirdiyi gənc LGBT üzvü və jurnalist imiş

Əmisi oğlunun qətlə yetirdiyi gənc LGBT üzvü və jurnalist imiş

Bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətlə yetirilən Əvəz Şıxməmmədov (Əvəz Hafiz) LGBT üzvü imiş.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə paylaşım edib.

Bildirilib ki, Ə.Hafiz həm də jurnalistika ilə məşğul olurmuş.

Qeyd edək ki, 24 yaşlı gənci həmyaşıdı olan əmisi oğlu Əmrulla Güləliyev bıçaqla qətlə yetirib.

Baş Prokurorluq və DİN birgə məlumatına əsasən, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.