Gənc oğlan oyun üstündə tanışını bıçaqladı

Gənc oğlan oyun üstündə tanışını bıçaqladı

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü R.Məmmədov mübahisə zəminində 4 bıçaq zərbəsi alıb və xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda şübhəli bilinən tanışı, 2003-cü il təvəllüdlü İ.Zülfüqarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəyə isə “PubG” oyunu üstündə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.