Gənc Qazilər İctimai Birliyinin sədri həbs edildi

Gənc Qazilər İctimai Birliyinin sədri həbs edildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı Bakupost.az -a təsdiqləyib.
“Hacı Vəliyev barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar olaraq saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir”, – deyə Nurlan Əliyev vurğulayıb.