H.Z. Tağıyev qəsəbəsində qaz təchizatında fasilə yaranacaq

H.Z. Tağıyev qəsəbəsində qaz təchizatında fasilə yaranacaq

Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsinin Gecəqondu massivində aparılacaq texniki tədbirlərlə əlaqədar qaz verilişi müvəqqəti dayandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, d159 mm diametrli yeraltı qaz xəttində mövcud sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan başlayaraq ərazidə 2500 abonent qazsız qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.