Hacı İbrahim Nehrəmlinin qardaşına növbəti dəfə hökm oxunub

Hacı İbrahim Nehrəmlinin qardaşına növbəti dəfə hökm oxunub

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimova hökm oxunub və o, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT-in xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S.İbrahimova daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub və ona şərti cəza verilib. Daha sonra o, digər iş üzrə həbs edilib.