Həftənin son günü pulsuz olan parklanma yerlərindən qanunsuz pul yığımı DAVAM EDİR – VİDEO

Həftənin son günü pulsuz olan parklanma yerlərindən qanunsuz pul yığımı DAVAM EDİR – VİDEO

Bazar günü parklanma yerləri rəsmi olaraq pulsuz elan edilsə də, bəzi ərazilərdə sürücülər yenə də pul verməyə məcbur qalırlar. Səbəb isə parklanma yerlərində dayanan və özlərini nəzarətçi kimi təqdim edən şəxslərdir.

NOCOMMENT.az xəbər verir ki, bura paytaxtın Xətai rayonu metronun ”Əhmədli” stansiyasının yaxınlığıdır. Parklanma yerində qanunsuz pul yığmaq təkcə burda yox şəhərin müxtəlif ərazilərində var. Hanski, bir neçə il əvvəl azparkinq xidməti yaradıldı və elan edildi ki, bazar günün ödəniş olmayacaq.

Bəs bəzi şəxslər niyə bazar günü sürücülərdən pul tələb edirlər?

Kamera qarşısında bu şəxslərə ünvanlanan suallarımız cavabsız qaldı. Onlar müxtəlif bəhanələrlə sualdan yayınmağa, məsuliyyəti üzərlərinə götürməməyə çalışdılar.

Belə qanunsuz işlə məşğul olan şəxslərə qarşı nəzariti polis edir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin də mövqeyini öyrəndik.

Nazirliyin əməkdaşı onu da bildirdi ki, bazar günləri parklanma yerlərində ödəniş tələb edilməsi halları ilə rastlaşan vətəndaşlar dərhal polisə dəqiq ünvanı deməklə müraciət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.