Hərbi maşın Xocalıda qəzaya düşdü

Hərbi maşın Xocalıda qəzaya düşdü

Xocalıda hərbi maşın qəzaya uğrayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Tanaxçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

“Mercedes” markalı minik avtomobili yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. “Mercedes”in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.