Hikmət Hacıyev Cəbrayıldakı erməni vandallığını Pompey xarabalıqları ilə müqayisə edib – VİDEO

Hikmət Hacıyev Cəbrayıldakı erməni vandallığını Pompey xarabalıqları ilə müqayisə edib – VİDEO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl rayonundakı erməni vandallığını Pompey xarabalıqları ilə müqayisə edib

NOCOMMENT xəbər verir ki, o, bu barədə özünün tviter hesabında paylaşım edib.

“Cəbrayıldakı durumu Pompey xarabalıqları ilə müqayisə etmək olar. Pompeydən fərqli olaraq bu video Cəbrayıl şəhərində 30 illik işğal zamanı Ermənistanın qəsdən törətdiyi vandalizmi əks etdirir”, – deyə paylaşımda qeyd olunub.