Hollivud ulduzu Ukrayna ilə sərhəddə- FOTO/VİDEO

Hollivud ulduzu Ukrayna ilə sərhəddə- FOTO/VİDEO

Aktyor və BMT-nin xoşməramlı səfiri Ben Stiller ukraynalı ailələrlə görüşmək üçün bu ölkə ilə sərhəddə yerləşən Polşaya gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi “Twitter” səhifəsində məlumat yayıb.

Aktyor özü yazıb ki, Ümumdünya Qaçqınlar Günü ərəfəsində həyatı hərbi əməliyyatlardan əziyyət çəkən insanlarla görüşmək istəyir.

Qeyd olunur ki, “TikTok”da Lvovun mərkəzi meydanında Taras Şevçenkonun abidəsi yaxınlığında Stillerin videosu yayılıb. Lakin aktyorun Lvova səfəri ilə bağlı hələ ki, başqa heç bir sübut yoxdur.

Mənbə: rbc.ua