İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib

İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib

Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.

NOCOMMENT.az bildirir ki, bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.

Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı otarırmışlar.