İmişlidə pambıq tədarükü ilə bağlı narazılıq – “Sadə kəndçilərin məhsulunu qəbul etmirlər” – VİDEO

İmişlidə pambıq tədarükü ilə bağlı narazılıq – “Sadə kəndçilərin məhsulunu qəbul etmirlər” – VİDEO

İmişli rayon sakini, Qaragüvəndikli kəndindən olan Mirzəyev Asif Süleyman oğlu Patrul.az redaksiyasına müraciət edərək pambıq tədarükü ilə bağlı narazılığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, “İmişli Pambıq İstehsalı və Tədarük Məntəqəsi” tərəfindən kəndçilərin gətirdiyi pambıq qəbul edilmir. Səbəb kimi isə “yerin olmaması” göstərilir.

Asif Mirzəyev bildirir ki, bu vəziyyət kəndliləri çətin durumda qoyur:

“Məhsul yetişdirib gətirmişik, deyirlər yerimiz yoxdur, qəbul edə bilmirik. Bəs kəndçi nə etsin? Əkdiyimiz pambıq əlimizdə qalır, zay olur.”

Şikayətçiyə görə, müəssisədə qəbul prosesi ədalətli aparılmır. Onun iddiasına görə, əsasən məmurların və nüfuzlu şəxslərin əkdiyi pambıqlar qəbul olunur, sadə kəndçilərin məhsulu isə gözləmədə qalır:

“Kəndin zəhmətkeş adamı tarlada can qoyur, amma məhsulunu sata bilmir. Bizim pambığımız qəbul olunmur, amma rayonun imkanlılarının məhsulunu dərhal götürürlər.”