Bu gün səhər saatlarından etibarən Masazır qəsəbəsində elektrik enerjisinin verilməsi dayandırılıb.
NOCOMMENT publika-ya istinadən xəbər verir ki, nəticədə Masazır dairəsindəki işıqforlar işləməyib. Bu isə avtomobillərin hərəkətinə maneələr yaradıb.
Bakı-Sumqayıt və Masazır-Xırdalan istiqamətdə kilometrlərlə tıxac yaranıb. Tıxacın hələ də davam etdiyi bildirilir.
Elektrik enerjisinin qəsəbəyə nə vaxt veriləcəyi isə məlum deyil.










