İsrailin pilotsuz təyyarələri Livandakı hədəfləri vurub

İsrailin pilotsuz təyyarələri Livandakı hədəfləri vurub

İsrail Müdafiə Qüvvələri (IDF) Livanda iki “terrorçu hüceyrə”yə zərbələr endirib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Bir müddət əvvəl İD pilotsuz təyyarələri Livandan Har Dov və Mattat bölgələrində tank əleyhinə raketlər atmağa cəhd edən iki terrorçu hüceyrəyə zərbələr endirib”, – məlumatda deyilir.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livandakı zərbələr “terrorçu hüceyrələrin fəaliyyətinə cavab olaraq” həyata keçirilir.