Quba rayonunun Nütəh kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan Murad Məlikməmməd oğlu Vəliyevlə vida mərasimi keçirilib.
NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
M.Vəliyev 1971-ci il aprelin 5-də anadan olub. 1994-cü il martın 4-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Şəhidin nəşinin qalıqları Nütəh kənd qəbiristanlığında dəfn olunacaq.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhid Cəlal Xankişi oğlu Abdullayevlə vida mərasimi keçirilib.
NOCOMMENT.az “Report”a istinadən bildirir ki, mərhumun ailə üzvlərinə məxsus evdə keçirilən mərasimdə şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
















