Keçmiş məcburi köçkünün müavinəti dayandırılıb – Səbəb nədir? – VİDEO

Keçmiş məcburi köçkünün müavinəti dayandırılıb – Səbəb nədir? – VİDEO

Keçmiş məcburi köçkünün illərdir aldığı müavinəti bir aydır dayandırılıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, 1992-ci ildə Şuşadan məcburi köçkün düşmüş Nətəvan Abbasova ailəsi ilə birlikdə uzun illərdir Ucar rayonunda məskunlaşıb.

Hazırda məcburi köçkünlər üçün inşa edilən çoxmərtəbəli binada yaşayan Natəvan Abbasova deyir ki, bu vaxta qədər dövlətin müəyyən etdiyi imtiyazlardan yararlanıb. Lakin bir ay əvvəl ona ayrılan müavinət dayandırılıb.

Natəvan Abbasova Şuşaya qayıtmaq istəyir, lakin hələlik ona növbə çatmayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Nətəvan Abbasova 2003-cü ildə şəxsiyyət vəsiqəsi alarkən Ucar şəhərində daimi yaşayış qeydiyyatına düşüb və bu qeydiyyatda 2012-ci ilə qədər qalıb. Daha sonra yenidən Şuşa şəhəri üzrə qeydiyyata alınıb. Qanunvericiliyə əsasən, məcburi köçkün statuslu şəxs işğal olunmuş rayon qeydiyyatından çıxıb başqa rayonun daimi qeydiyyatına keçdikdə onun müavinəti dayandırılır. İşğaldan azad olunmuş ərazilərə köçürülmə prosesi isə mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə ağır şəraitdə yaşayan – yataqxanalarda, yarımçıq tikililərdə və digər müvəqqəti məskunlaşma yerlərində qalan ailələr köçürülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.