Koronavirus STATİSTİKASI: Ölüm sayı minimuma düşdü

Koronavirus STATİSTİKASI: Ölüm sayı minimuma düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib. Aktiv xəstə sayı 351 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 489, bu günə qədər isə ümumilikdə 6 701 673 test icra olunub.