Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan heç kim vəfat etməyib.
İndiyədək ölkədə ümumilikdə 792 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 199 nəfər təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 6 746 085 test icra olunub.












