Koronavirus STATİSTİKASI: Yoluxma sayı azalsa da, ölüm sayı azalmır

Koronavirus STATİSTİKASI: Yoluxma sayı azalsa da, ölüm sayı azalmır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4 517 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. Aktiv xəstə sayı 18 167 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 291, bu günə qədər isə ümumilikdə 6 522 155 test icra olunub.