Koronavirus STATİSTİKASI: Yoluxma sayı iki dəfə artdı

Koronavirus STATİSTİKASI: Yoluxma sayı iki dəfə artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 616 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 777 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9 280 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 198 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 318, bu günə qədər isə ümumilikdə 6 501 358 test icra olunub.