Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin artdı

Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 586 nəfər aktiv xəstə var. Bu günə qədər 9 997 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 253, bu günə qədər isə ümumilikdə 7 410 224 test icra olunub.