Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib. Aktiv xəstə sayı 320 nəfər təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 122, bu günə qədər isə ümumilikdə 6 697 184 test icra olunub.












