Dünyanın aparıcı restoranlar şəbəkəsindən biri olan “McDonald’s”ın Azərbaycandakı təmsilçisi – “McDonald’s Azərbaycan” QSC-nin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, bu günə (03.10.2022-ci il) olan məlumata görə “McDonald’s Azərbaycan” QSC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 256 min 754 manat vergi borcu var.
Onu da bildirək ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti də “McDonald’s Azərbaycan” QSC barəsində məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib.











