“Mən bu məsələdə özümü təqsirli bilmirəm” – Kamran Əsədov danışdı

“Mən bu məsələdə özümü təqsirli bilmirəm” – Kamran Əsədov danışdı

“Bu məsələdə, yəni imtahanlara qanunsuz texniki vasitələrin keçirilməsi məsələsində mən özümü heç vaxt təqsirli bilmirəm”.

Bu sözləri Gəncədə keçirilən məhkəmədə tanınmış təhsil eksperti Kamran Əsədov NOCOMMENT.aza açıqlamasında deyib.

“Qeyd edim ki, bu gün Gəncə şəhər məhkəməsində ittiham olunduğum cinayət işi üzrə növbəti məhkəmənin baxışı oldu. Məhkəmə obyektiv və ədalətli, açıq şəkildə baş tutdu. Qeyd edilən cinayət işləri üzrə mən özümü təqsirli bilmirəm. Məhkəmə prosesi davam edir. Hər kəsi dinləməyə hazırıq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Turab