“Baku City Hospital” və xəstəxananın həkimi Əliosman Qədimbəylidən maddi ziyan tələb edilir.
NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,bununla bağlı Quliyeva Sevinc Ədalət Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. İş hakim Səbinə Nuriyevanın icraatındadır.
Əldə etdiyimiz məlumata görə, Sevinc Quliyeva hospitalın pasianeti olub.
“Baku City Hospital” vergi qeydiyyatına “Ortoped” MMC kimi alınıb. “Baku City Hospital”ın sahibi ortoped-travmatoloq Bayram Qorçiyevdir.
Ötən ilin noyabrında “Baku City Hospital”ın satılması barədə məlumat yayılıb. Həmin məlumatda bildirilirdi ki, hospitalı “Səhiyyə TV”nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev alıb.
Lakin Bayram Qorçiyev məlumatı təkzib edib.












