Müğənni Mətanət Əsədovanın həmkarı Manaf Ağayevin 15 gün həbs olunması ilə əlaqədar Daxili İşlər Nazirliyinin qarşısında təkbaşına aksiya keçirdiyi iddia olunur.
NOCOMMENT kult.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Mətanət Əsədova iddialara belə cavab verib: “Xahiş edirəm, heç kim mənə zəng etməsin. Özümlə bağlı nəsə baş verdikdə sosial şəbəkə hesabımda paylaşacağam”.
DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, yayılan məlumatlar tamamilə yalandır.












