Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canananın (Aynur Həmidova) rəqqasə Fatimə Fətəliyeva tərəfindən qovulma anının görüntüləri yayılıb.
NOCOMMENT olay.az-a istinadən xəbər verir ki, Dünya TV-də yayımlanan süjetdən görünür ki, Canana məclisə daxil olarkən Əməkdar artistlər Mətanət İsgəndərli, Manana Caparidze, Fatimə Fətəliyeva və başqaları foto çəkdirir.
Bu zaman çağrılmamış qonağı görən Fatimə – “Cananadır o?”, – deyə soruşur, daha sonra özünü müdafiə edərək keçmiş gəlinin ad gününə gəlişinin onunla bağlı olmadığını bildirib.
M.İsgəndərli isə A.Həmidovanın qovulması barədə göstəriş verir, F.Fətəliyeva müğənninin keçmiş gəlinini ərazidən uzaqlaşdırır.












