Metroda NASAZLIQ- Sərnişinlər düşürüldü

Metroda NASAZLIQ- Sərnişinlər düşürüldü

Bakı metrosunda nasazlıq yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, “Həzi Aslanov” – “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “İnşaatçılar” stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb: “Qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb”.