Metroda nasazlıq yarandı, sərnişinlər düşürüldülər

Metroda nasazlıq yarandı, sərnişinlər düşürüldülər

Bakı Metropolitenin “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib.

Nəticədə xətdə 2 dəqiqə yubanma yaranıb. Xəttə nasaz qatarın əvəzinə yeni qatar verilib.