Mina partlayışında xəsarət alanların vəziyyəti necədir?

Mina partlayışında xəsarət alanların vəziyyəti necədir?

Tərtər rayonu ərazisində yol təmiri işləri apararkən mina partlayışından xəsarət alan 2 nəfərdən biri evə buraxılıb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasından NOCOMMENT-ə verilən məlumata görə, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır.