Moskvada 500-dən çox miqrant saxlanıldı

Moskvada 500-dən çox miqrant saxlanıldı

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.

NOCOMMENT.az yerli mediaya istinadla bildirir ki, yoxlamalar zamanı polis əməkdaşları 500-dən çox xarici vətəndaşı sənədlərini yoxlamaq üçün idarəyə gətiriblər.

Rusiyaya gəlmə və qalma qaydalarını pozduqlarına görə 30-dan çox şəxs inzibati məsuliyyətə cəlb edilib və ölkədən çıxarılıb.

Həmçinin yoxlamalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan xarici vətəndaşı aşkar ediblər.\\Lent.az